Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)

26 Oktyabr 2026 17:07

"Nağıllar və qaravəllilər" adlı kitabda yer alan bəzi ifadələr valideynlər arasında müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, övladı üçün kitab alan valideyn sosial şəbəkədə paylaşım edərək nəşrdəki bəzi mətnlərə etirazını bildirib.

Valideynin diqqət çəkdiyi məqamlardan biri kitabda yer alan "Kömür alması" adlı nağıldakı ifadələr olub. O, nağılda "Onlar bənnanın varına sahib olmaq üçün özlərinin oynaşlarını xala qızı adı ilə bənnaya verib toy eyləyirlər. Lotular arvadı öyrədirlər ki, sən özünü xəstəliyə vur" cümlələrinin yer aldığını qeyd edib.

Bundan başqa, kitabda "Gah-Gah dağında üç xiyara aşiq olasan" adlı nağılın da olduğu bildirilib.

Qeyd edək ki, "Nağıllar və qaravəllilər" kitabı "Qanun" nəşriyyatı tərəfindən nəşr olunub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)