Tanınmış stilist "İntuş" vəfat etdi

26 Oktyabr 2026 15:39

"İntuş" kimi tanınan stilist İntizam Yusifov dünyasını dəyişib.

Manset.az-ın əldə etdiyi məlumata görə, o, dializ müalicəsi alırmış. Yaxınlarının bildirdiyinə görə, o, bir müddət əvvəl böyrəyindən əməliyyat olunub. Həmçinin, şəkərli diabet xəstəliyi səbəbindən onun görmə qabiliyyətini itirdiyi bildirilir.

İntizam Yusifov Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)