Rusiyalı qadının kilsənin qarşısında foto çəkdirən azərbaycanlı qıza irad bildirməsi sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az xəbər verir ki, qadın qızın kilsənin önündə arxasını binaya çevirərək şəkil çəkdirməsini hörmətsizlik kimi qiymətləndirib. O, azərbaycanlı qıza etirazını bildirərək: "Kilsənin önündə arxanı çəkirsən, hörmətsizlik edirsən", - deyə irad tutub.
Lakin qadının etirazına baxmayaraq, azərbaycanlı qız çəkilişini davam etdirib. Hadisənin görüntüləri maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)