Ermənistana keçən çoban Azərbaycana qaytarıldı

26 Oktyabr 2026 14:23

Ermənistan ərazisinə keçən azərbaycanlı çoban Yaşar Qasımov Azərbaycana qaytarılıb.

Milli.Az xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu barədə məlumat yayıb.

Bildirilib ki, Yaşar Əli oğlu Qasımov oktyabrın 24-də Azərbaycanın aidiyyəti qurumlarına təhvil verilib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)