Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir.
Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlət reyestrində qeydiyyatdan keçmiş və rəsmi idxal edilmiş DV-nin hər bir seriyası AEM-nin laboratoriyasında yoxlanıldığı üçün, müsbət analiz nəticəsi verilmiş prepratların (düzgün saxlanma şəraitinə riayət edilməsi şərtilə) keyfiyyətində uyğunsuzluğun olması qeyri-mümkündür.
Bildirilib ki, qeyri-qanuni yollarla idxal edilmiş DV-nin qablaşması, markalanması, xarici görünüşü orijinal məhsulu təkrar etsə də, istehsal sahəsi, nəqliyyat üsulları və saxlanma şəraiti naməlum olduğundan istifadə olunması təhlükəsiz hesab edilmir.
"AEM-nin laboratoriyasında istehsalçı tərəfindən təqdim edilmiş normativ sənəddə verilmiş sınaq üsuluna əsasən DV-nin mikrobioloji təmizliyi, sterilliyi, tərkibindəki fəal təsiredici maddələrin mövcudluğu və qablaşmasının üzərində göstərilmiş dozalara uyğunluğu fiziki-kimyəvi və instrumental üsullarla yoxlanılır
Əldə edilmiş dərman vasitəsinin görünüşü ilə bağlı hər hansı şübhələr mövcud olarsa, qəbulunu saxlamaq və aidiyyatı üzrə quruma müraciət etməlidir",- deyə qeyd edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)