Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti qələbəsini qazanıb.
Milli.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda İsrail yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığmamız turnirdə bundan əvvəl Timor-Leste seçməsini 6:0, Andorra komandasını isə 1:0 hesabı ilə məğlub edib. Millimiz Avstraliyaya 1:3 hesabı ilə uduzub.
Yığma son görüşdə Haiti seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:15-də başlayacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)