Qarabağ qazisi vəfat etdi

26 Oktyabr 2026 12:54

Birinci Qarabağ müharibəsinin qazisi Mürşüd Mamedov vəfat edib.

Milli.Az xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, M.Mamedov Qarabağ döyüşlərində aldığı yaranın (döyüşdə ayağını itirmişdi) iltihabı nəticəsində dünyasını dəyişib.

Mərhum bu gün Saatlı rayonunun Günəşli kəndində dəfn olunacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)