Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik edib - (Foto)

26 Oktyabr 2026 12:40

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyi münasibətilə paylaşım edib.

Paylaşımda qeyd olunub:

"Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur. Hörmətli Fərhad müəllim! Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə, MEHRİBAN"

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)