Mayk Tayson Türkiyə serialında rol alacaq

26 Oktyabr 2026 12:33

Dünya şöhrətli boksçu Mayk Tayson Türkiyənin "Duzlu qəhvə" ("Tuzlu kahve") serialında çəkiləcək.

Milli.Az xəbər verir ki, keçmiş ağır çəki dünya çempionu ekran əsərində Buğra Gülsoyun canlandırdığı Mehmet obrazının ABŞ-dən gələn dostu rolunda çıxış edəcək.

Qeyd edək ki, "Duzlu qəhvə" serialı Azərbaycanda da tamaşaçıların marağına səbəb olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)