Messi, Mbappe, Yamal... - “Qızıl top”u kim qazanacaq?

26 Oktyabr 2026 12:12

Bu gün dünya futbolunun ən nüfuzlu fərdi mükafatlarından biri olan "Qızıl top"un 70-ci təqdimetmə mərasimi keçiriləcək.

Milli.Az xəbər verir ki, 2025-2026-cı illər mövsümünün nəticələrinə həsr olunan tədbir Londonda, "Palladium" teatrında təşkil ediləcək.

İlk dəfədir ki, dünya futbolunun əsas fərdi mükafatı Fransa hüdudlarından kənarda veriləcək. Mərasimin Londonda keçirilməsi 1956-cı ildə "Qızıl top"un ilk qalibi olmuş ingiltərəli futbolçu Stenli Metyuzun adı ilə əlaqələndirilir.

Kişilər arasında mükafatın qalibi 30 futbolçu arasından seçiləcək. Namizədlər sırasında Harri Keyn ("Bavariya"), Lamin Yamal ("Barselona"), Kilian Mbappe ("Real Madrid"), Usman Dembele (PSJ), Lionel Messi ("İnter Mayami") və digər futbolçular yer alırlar.

"Qızıl top"un qalibini beynəlxalq futbol jurnalistlərindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Heyətə FIFA reytinqində ilk 100-lükdə yer alan ölkələrin hər birindən bir jurnalist daxil edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)