Avroviziya təmsilçimiz Samirə Efendinin səhhətində problem yaranıb.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək xarici görünüşü ilə bağlı edilən tənqidlərə cavab verib:
"Məni həqiqətən sevənlər göbəkli-göbəksiz sevir. Bəli, mənim sağlamlıq problemlərim var. Və ildə 4-5 dəfə ay ərzində, mənim vücudum sözümə baxmır. Amma bu heç kəsə nə lağ, nə qarğış etməyə, nə də ki, artıq-əskik danışmağa haqq qazandırır. Ağıllı olun! Bu cür şeylər məni işimdən soyutmaz. Vaxtınızı boşa sərf etməyin!".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)