Siyəzəndə evdən meyit tapıldı

26 Oktyabr 2026 10:17

Siyəzəndə evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Siyəzəndə bağlı qapı arxasında qalma ilə bağlı müraciət daxil olub.

Məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri tərəfindən əməliyyat keçirilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)