"Formula 1" üzrə dünya çempionatının ABŞ Qran-prisində "Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli finişə birinci çataraq mərhələnin qalibi olub.
Milli.Az xəbər verir ki, Texas ştatının Ostin şəhərindəki "Amerikalar Trası" avtodromunda keçirilən yarışda "Ferrari" komandasının monakolu sürücüsü Şarl Lekler ikinci yeri tutub. "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen isə ilk üçlüyü tamamlayıb.
ABŞ mərhələsindən sonra Kimi Antonellinin aktivində 365 xal var. Bu nəticə ona pilotların ümumi sıralamasında liderliyini qorumağa imkan verir. İtaliyalı sürücünün ilk çempionluq titulunu qazanması üçün cəmi iki xal toplaması kifayət edir.
Müəllif: Tural Hüseyn