Paytaxtın bu ərazilərində qaz olmayacaq

26 Oktyabr 2026 09:14

Payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 26-da Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a bildirilib ki, saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun S.S.Axundov küçəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsində, Təzə Yurd və 2A yaşayış massivlərində qazın verilişi müvəqqəti dayandırılacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)