Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)

25 Oktyabr 2026 23:51

Sumqayıtda su kəməri partlayıb, küçəni, evlərin həyətlərini su basıb.

Milli.Az xəbər verir ki, sakinlər deyiblər ki, bəzi fərdi yaşayış evlərinin zirzəmiləri ilə yanaşı, otaqlarına da su dolub.

Aidiyyəti qurumların qəza-bərpa briqadaları hadisə yerinə cəlb olunub.

Ətraflı "Xəzər Xəbər"in videomaterialında:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)