Toralın komandası böyük hesabla qalib gəldi

25 Oktyabr 2026 22:24

Türkiyə 1-ci Liqasında 12-ci turun oyunları keçirilir. 

Milli.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" səfərdə "Keçiörengücü"nün qonağı olub. Qarşılaşma Bursa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə 1-ci Liqası, 12-ci tur

"Keçiörengücü" - "Bursaspor" - 2:4
Qollar: E.Başıyiğit, 7-avtoqol (0:1), A.Boutrah, 15 (0:2), L.Baker, 35 (0:3), Oğuzcan Çalışkan, 43 (1:3), K.İheanaço, 50 (1:4), Linkoln, 66 (2:4)
"Aktepe" stadionu

Toral Bayramov görüşün 83-cü dəqiqəsində meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)