Meyxanaçı Ağamirzə Məmmədov ölümündən sonra onun üçün ehsan süfrəsi açılmasını istəmədiyini bildirib.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Ev adamı" yutub layihəsində danışıb. Ağamirzə qeyd edib ki, vəfatından sonra yaxınlarının ehsan verməsini və insanların bunun üçün əziyyət çəkməsini arzulamır. O, yas mərasimlərinin qısa keçirilməsinin, insanların uzun müddət bir yerdə oturmamasının tərəfdarı olduğunu deyib.
Meyxanaçı xüsusilə uzaq rayonlardan yas mərasimlərinə gələn insanların yolda saatlarla vaxt itirməsinə diqqət çəkib. O, çoxsaylı insanın qəbiristanlığa aparılmasının nəqliyyatda sıxlıq yaratdığını, bununla da dərsə gedənlərin, işdən qayıdanların və təcili yardım maşınlarının hərəkətinə maneə törədildiyini vurğulayıb.
"Bir stəkan çay oldu, bəsdir. Gəl, Allah rəhmət eləsin de, 15-20 dəqiqə, lap yarım saat otur, çıx. Niyə burada oturursan? Yığıb camaatı qəbiristanlığa aparmayın. 300 nəfər aparmayın qəbiristanlığa. Xahiş edirəm sizdən.
Filan rayondan 4 saat bura gələcək, 3 saat oturacaq, 4 saat geri qayıdacaq. Vallah, bunlar lazım deyil. Namaz qılın, günahımın bağışlanmasını istəyin. Gəlib otururb onunla gülməli söhbət edir, filankəsin nömrəsin istəyir. yas mərasimində etməyin bunları" deyə meyxanaçı bildirib. (axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)