İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub

25 Oktyabr 2026 20:43

İngiltərə Premyer Liqasında VIII turun oyunları davam edir.

Milli.Az xəbər verir ki, bu gün keçirilən qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb.

"Mançester Yunayted" doğma meydanda "Bornmut"a 0:3 hesabı ilə məğlub olub.

"Liverpul""Brayton"u qəbul edib. Mersisayd təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edərək üç xalı aktivinə yazdırıb.

"Nyukasl" səfərdə "Kristal Pelas" üzərində eyni hesablı qələbə qazanıb. "Hall Siti" və "Brentford"un qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)