Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:30

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının qalibi olub.

Milli.Az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.

Daha əvvəl Eldəniz Əzizli də dünya çempionu adını qazanıb.

Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)