Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü

25 Oktyabr 2026 18:19

Rusiyalı ictimai xadim və keçmiş hip-hop ifaçısı Mişa Mavaşi (əsl adı Mixail Nits) 41 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə onun evində baş verib. Reper silahı təmizləyərkən ehtiyatsızlıqdan başından ağır güllə yarası alıb.

Güllə Mavaşinin başının sol üst hissəsinə dəyib. Təcili xəstəxanaya çatdırılan ifaçı reanimasiya şöbəsinə yerləşdirilərək süni tənəffüs aparatına qoşulub.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, musiqiçinin həyatını xilas etmək mümkün olmayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)