Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb

25 Oktyabr 2026 16:46

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Milli.Az APA-ya istinadən bildirir ki,  hazırda təqdimata Xətai Rayon Məhkəməsində baxılır.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)