"Sabah"ın futbolçusu Coy-Lens Mikels karyerasını Bundesliqa təmsilçisi "Borussiya" (Mönhenqladbax) klubunda davam etdirmək istəyir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sport" (Almaniya) məlumat yayıb. 32 yaşlı hücumameyilli futbolçu vaxtilə formasını geyindiyi Almaniya klubuna qayıtmaqda maraqlıdır.
Məlumata görə, Mikelslə "Borussiya" arasında danışıqlar da olub. Lakin Bundesliqa təmsilçisi hazırda onun transferində maraqlı deyil. Klublar arasında isə heç bir danışıq aparılmayıb.
2028-ci ilə qədər "Sabah"la müqaviləsi olan futbolçunun qış transfer pəncərəsində komandadan ayrılması mümkündür. Onun xidmətində bir neçə klub maraqlıdır. Lakin "Borussiya" həmin klublar arasında deyil.
Qeyd edək ki, Almaniyanın Ziqburq şəhərində anadan olan Mikels 2005-ci ildə "Borussiya"nın akademiyasına qoşulub və 9 il burada çıxış edib. Lakin əsas komandada möhkəmlənə bilməyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)