"Qalatasaray" futbolçularına qələbəyə görə böyük mükafatı veriləcək

25 Oktyabr 2026 13:47

"Qalatasaray" futbol klubunun rəhbərliyi "Fənərbağça" ilə derbi oyunu öncəsi futbolçular üçün mükafat məbləğini artırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Qalatasaray" rəhbərliyi UEFA Çempionlar Liqasında səfərdə "Lill"i 4:2 hesabı ilə məğlub etdikdən sonra futbolçulara ümumilikdə 700 min avro mükafat ayırmaq qərarına gəlmişdi.

Klub prezidenti Dursun Özbek komandanın derbidə qələbə qazanacağı təqdirdə oyunçulara ümumilikdə 1.5 milyon avro mükafat veriləcəyini açıqlayıb.

Qeyd edək ki, oktyabrın 26-da "Qalatasaray" Türkiyə Superliqasının 9-cu turu çərçivəsində evdə "Fənərbağça"nı qəbul edəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)