Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü

25 Oktyabr 2026 13:04

Donald Tramp, Vladimir Putin və Si Szinpin gələn ay Çində keçiriləcək görüş zamanı dünyanı təsir dairələrinə bölməyə cəhd edəcəklər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Qardian" nəşri məlumat yayıb.

"Trampın prezidentliyinin son iki ilində yeni dünya nizamının formalaşması sürətlənə bilər. Belə bir ssenari təkcə Ukrayna üçün deyil, həm də başqaları üçün təhlükə yaradır. Amerika təhlükəsizlik zəmanətlərinin zəifləməsi Avropa, Tayvan, Cənubi Koreya, Yaponiya və Avstraliya üçün riskləri artıra bilər", - nəşr bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)