Urmiya gölü ilə bağlı sevindirici xəbər

25 Oktyabr 2026 15:11

Urmiya gölünün su səviyyəsindəki azalma dayanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Regional Su Şirkətinin su ehtiyatları üzrə baza tədqiqatları şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu vəziyyət gölün son yağıntılara verdiyi müsbət reaksiyanın əlaməti ola bilər.

Qeyd edək ki, daha öncəki hesabata əsasən, Urmiya gölündə suyun həcmi 4 milyard 20 milyon kubmetrə çatıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)