ABŞ-də atışma: 12 yaralı var

25 Oktyabr 2026 09:54

ABŞ-ın Florida ştatının Tallahassi şəhərində, Florida A&M Universitetinin stadionu yaxınlığında baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yaralıların 6-sı yetkinlik yaşına çatmayanlardır. Onlardan 11-i güllə yarası alıb, 3 nəfərin vəziyyəti ağırdır.

Hadisə futbol matçından sonra baş verib. Polis hələlik şübhəlinin saxlanılması barədə məlumat verməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)