Rusiyada güclü zəlzələ oldu

25 Oktyabr 2026 09:15

Rusiyanın Kamçatka diyarı sahillərində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialı məlumat yayıb.

Yeraltı təkan Petropavlovsk-Kamçatski şəhərindən 114 kilometr məsafədə baş verib. Zəlzələnin ocağı 17,7 kilometr dərinlikdə yerləşib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)