Sobada İzmir küftəsi resepti

25 Oktyabr 2026 04:04

Türk mətbəxinin sevilən klassiklərindən olan İzmir küftəsi yumşaq küftələri, kartofu və tomatlı sousu ilə süfrələrin əvəzolunmaz yeməklərindəndir.

Milli.Az həm gündəlik həyatda, həm də qonaq süfrələrində üstünlük verilən bu ləzzətli yeməyin reseptini təqdim edir:

Lazım olan məhsullar:
Küftəsi üçün:

500 qram dana qiyməsi

1 ədəd orta boy quru soğan

1 ədəd yumurta

3 xörək qaşığı suxarı və ya bayat çörək içliyi

2 diş sarımsaq

Yarım dəstə cəfəri

1 çay qaşığı kimyon, qara bibər və duz

Digər tərəvəzlər:

4 ədəd orta boy kartof

3 ədəd yaşıl bibər

2 ədəd pomidor

2 xörək qaşığı duru yağ

Sousu üçün:

1 xörək qaşığı tomat

1 çay qaşığı bibər tomatı(istəyə görə)

2 stəkan isti su

Duz və qara bibər

Hazırlanma qaydası:
Dərin qaba qiyməni əlavə edin. Üzərinə rəndələnmiş soğan, əzilmiş sarımsaq, yumurta, suxarı, xırda doğranmış cəfəri, duz, qara bibər və kimyon qataraq yaxşıca yoğurun.

Hazır xəmirdən parça qoparıb uzunsov, oval küftələr düzəldin və daha yaxşı tutması üçün soyuducuda 15-20 dəqiqə dinləndirin.

Kartofu soyub alma dilimi şəklində doğrayın. Soba sinisinə bir kartif, bir küfte ardıcıllığı ilə sıralayın. Aralara dilimlənmiş pomidor və yaşıl bibərləri düzün.

Ayrı bir kasada tomat, isti su, duz və qara bibəri qarışdırıb sous hazırlayın və yeməyin üzərinə bərabər şəkildə tökün.

Əvvəlcədən 190 dərəcə qızdırılmış fırında təxminən 40-50 dəqiqə - kartof yumşalana və küftələr tam bişənə qədər bişirin. Bir neçə dəqiqə dincəlddikdən sonra isti halda süfrəyə verə bilərsiniz.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)