Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib.
Milli.Az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib.
Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çöp adam" serialında rol alıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)