Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı

24 Oktyabr 2026 21:08

Futbol üzrə Azərbaycan U-15 millisi Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

Milli.Az xəbər verir ki, yığmamız ilk oyununda Şərqi Timor millisi ilə qarşılaşıb. Azərbaycan komandası rəqibini 6:0 hesabı ilə məğlub edib. Qollarş Müşfiq Zamanov (2), Həsən Məhmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə vurublar.

Milli komandamız növbəti oyunlarını oktyabrın 25-də keçirəcək. Rəqiblər Andorra (saat 12:45) və Avstraliya (saat 19:30) milliləri olacaq.

Qeyd edək ki, bu gün start götürən dünya çempionatı oktyabrın 30-dək davam edəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)