Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsin qətli ilə bağlı saxlanılan və hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıda Budo əlbəyaxa döyüş növü üzrə dünya kubokunun sahibi olub.
Qeyd edək ki, Elmarla birgə "Sabunçu Emil" də hadisə yerindən qaçıb gizlənmişdi.
Hadisəni törədib qaçan şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)