Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb

24 Oktyabr 2026 20:35

Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astana keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

Milli.Az-ın məlumatına görə, yarışın ilk günündə mübarizəyə qoşulan idmançılarda Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) buna nail olublar.

Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) 1/4 finalda uduzublar.

Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)