Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı

24 Oktyabr 2026 12:37

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, aktrisa axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib.

O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir.

N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb: "Təzyiqim o qədər yüksəldi ki, hər şey qəfil, ayaq üstə olduğum yerdə baş verdi. Hazırda xəstəxanadayam, yavaş-yavaş düzəlirəm. Krizdən çıxmışam. Müalicəm davam edir".

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)