İran Prezidenti Məsud Pezeşkian gələn həftə Moskvaya səfər edəcək.
Milli.Az xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafı, eləcə də, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Onun sözlərinə görə, tərəflər birgə razılaşmaların icrasını, hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsini, həmçinin regional sülh və sabitliyin qorunması üçün məsləhətləşmələrin davam etdirilməsini müzakirə ediblər.
Əraqçi qeyd edib ki, bu müzakirələr gələn həftə iki ölkə prezidentinin iştirakı ilə Moskvada davam etdiriləcək.