Xəbər verdiyimiz kimi, Bakıda kütləvi dava baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hazırda hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
__________
Bakıda kafelərin birində kütləvi dava baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər.
Nəticədə, bir nəfər həyatını itirib. Qətlə yetirilən Ceyhun adlı şəxsin "Ceyhun Sabunçu" kimi tanındığı bildirilir.
Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.
Hadisə anının görüntülərini təqdim edirik:
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)