Türkiyədə bələdiyyə sədri və oğlu saxlanıldı

24 Oktyabr 2026 09:10

Muğla Baş Prokurorluğu tərəfindən Muğlada Milas Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində, barəsində həbs qərarı verilən 35 şübhəlidən 18-i həbs edilib. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunanlar arasında Milas bələdiyyə sədri Fevzi Topuz və oğlu Doruk Topuz da var, 2 şübhəli ev dustaqlığına, 15 şübhəli isə məhkəmə nəzarəti altına alınıb.