Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 000 dollardan aşağı düşüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki, gümüş əvvəlki maksimum səviyyəsi olan təxminən 120 dollardan yarıdan çox dəyər itirib.
Qiymətlərin enməsi texnologiya və süni intellekt şirkətlərinin səhmlərindəki itkilərlə əlaqələndirilir. İnvestorların digər investisiya aktivlərində yaranan zərərləri qarşılamaq üçün qızıl və gümüş kimi qiymətli metalları satması bazarda ucuzlaşmanı sürətləndirib.
Xatırladaq ki, avqust ayında qızılın 1 unsiyası 4664 dollara kimi yüksəlmişdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)