Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir

24 Oktyabr 2026 01:01

Dəsmallar nə qədər yuyulsa da, üzərindəki narahatverici nəm və rütubət qoxusu getmirsə, problem yalnız yuyucu tozda olmayacağını unutmayın. Qoxunu yumşaldıcılar ilə ört-basdır etmək hər zaman işə yaramır.

Dəsmallar niyə yuyulduqdan sonra da qoxuyur?
Dəsmalların uzun müddət nəm qalması, kifayət qədər qurudulmaması və parça liflərində yuyucu toz qalıqlarının toplanması.

Hamamda nəm saxlanılan və ya paltaryuyan maşında yuyulduqdan sonra gözlədilən dəsmallarda bu problem daha çox yaranır.

Karbonat necə istifadə olunur?

Milli.Az xəbər verir ki, təmizlik mütəxəssisləri karbonatın birbaşa maşının barabanına əlavə edilməsini, yuyucu tozun isə öz bölməsinə tökülməsini tövsiyə edir.

Consumer Reports bildirir ki, karbonatın hər vəziyyətdə qoxunu tam yox etməsi sınaqdan keçirilməyib. Buna görə də onu mütləq həll yolu yox, köməkçi vasitə kimi görmək lazımdır.

Nəm qoxusunun qarşısını almaq üçün 5 qızıl qayda:
Yuma bitən kimi dəsmalları dərhal maşından çıxarın.

Dəsmalların tam qurudulmasını təmin edin.

Yumadan sonra maşının qapağını bir müddət açıq saxlayın.

Yuyucu tozu həddindən artıq istifadə etməyin (parçada qalıq qalmaması üçün).

Maşının içini dəsmalla həddən artıq doldurmayın.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)