Şorbanın qatılığını nizamlamaq üçün onu uzun müddət qaynatmaq və ya sonradan un əlavə etmək hər zaman yaxşı nəticə vermir. Xüsusilə tərəvəz və toyuq şorbalarında dadı pozmadan qatılığı artırmağın ən praktiki yolu nişastadır.
Milli.Az xəbər verir ki, 1 çay qaşığı nişastanı birbaşa qazana tökmək olmaz. Onu yarım çay stəkanı soyuq suda həll edin, üzərinə şorbadan bir çömçə əlavə edib ilıqlaşdırın və yavaş-yavaş qazana tökərək qarışdırın.
Bu üsul çiylik qoxusu yaratmadan şorbaya hamar və sıx konsistensiya verir.
Hər şorbada eyni üsul keçərli deyil
Nişasta üçün uyğundur: Tərəvəz, toyuq və pomidor əsaslı şorbalar.
Quru paxlalılar üçün: Mərcimək, əzo-gəlin və tarhana kimi ənənəvi şorbalarda nişasta teksturanı dəyişə bilər.
Alternativlər:
Qatıqlı şorbalar üçün: Əzilmiş bişmiş düyü.
Tərəvəz şorbaları üçün: Rəndələnmiş bişmiş kartof.
Əlavə olunan vasitənin şorbaya tam hopması üçün onu aşağı odda 2-3 dəqiqə bişirmək kifayətdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)