İndoneziyanın Bali adasındakı restoranlardan birinin adı və üzərindəki qeyd azərbaycanlı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Milli.Az-ın məlumatına görə, Balidə istirahət edən azərbaycanlı turistlərdən biri qarşısına çıxan "Mırta" adlı restoranla bağlı görüntüləri paylaşıb. O, məkanın adını və orada Azərbaycanla Ermənistanın birlikdə qeyd olunmasını təəccüblə qarşılayıb.
Turistin paylaşımı sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. İstifadəçilər restorandakı qeydə müxtəlif münasibət bildirərək bunun səbəbi ilə maraqlanıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)