Seda Sayan makiyajsız görüntüsünü yaydı - (Foto)

25 Oktyabr 2026 14:03

Türkiyəli müğənni və teleaparıcı Seda Sayan bu dəfə təbii görünüşü ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, ifaçı sosial şəbəkədə üzündə makiyaj olmadan çəkilmiş fotosunu yayımlayıb. Paylaşımına "Makiyajsız" şərhini yazan Sayan izləyicilərinə təbii halını göstərib.

Onun yeni görüntüsü sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Paylaşımın altında müxtəlif fikirlər qeyd olunub.

Bildirək ki, xarici görünüşündəki dəyişikliklərlə vaxtaşırı müzakirə olunan Seda Sayan bu dəfə makiyajsız və filtrsiz görüntüsü ilə diqqət mərkəzinə düşüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)