Türkiyəli sosial şəbəkə istifadəçisi Tamer Coşqunun paylaşdığı video izləyiciləri duyğulandırıb.
Milli.Az xəbər verir ki, xarici ölkədə tək yaşayan kişi yayımladığı görüntülərdə həyatın çətinliklərindən danışaraq gənclərə səslənib. O, valideynlərin qədrini vaxtında bilməyin vacibliyini vurğulayıb, keçmişdə etdiyi bəzi səhvlərə görə peşman olduğunu dilə gətirib.
Danışarkən göz yaşlarını saxlaya bilməyən Tamer Coşqun xüsusilə ata və analarının dəyərini bilməyən gənclərə müraciət edib. Onun səmimi etirafları izləyicilərin diqqətini çəkib və paylaşım sosial şəbəkələrdə duyğusal anlar yaşadıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)