Bütün sosial müavinətlər ödənildi

23 Oktyabr 2026 17:48

Naxçıvan Muxtar Respublikasında (MR) oktyabr ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi yekunlaşdırılıb.

Milli.Az xəbər verir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə oktyabr ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatdırılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)