Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu

23 Oktyabr 2026 17:00

Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, MAN, VAZ-21099, BMV və "Fiat Doblo" markalı təcili tibbi yardım avtomobili toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Məlumata görə, xəsarət alanlar VAZ-21099-da olan şəxslərdir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)