Bloqer və idmançı Şükran Soltanovun yeni görüntüləri maraq doğurub.
Milli.Az-ın məlumatına görə, o, Azərbaycanda cəmi iki ədəd olduğu iddia edilən "Bugatti" markalı bahalı avtomobillərdən birinin yanında görüntülənib.
Şükranın avtomobillərlə bağlı paylaşımları yenidən gündəmə gəlib. Belə ki, onun daha əvvəl "Ferrari" aldığı barədə yayılan məlumatlardan sonra bu dəfə "Bugatti" ilə görünməsi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Bloqerin yeni görüntüləri izləyicilər arasında maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)