Qumral əri ilə eşqə gəldi: Sevgi dolu anları diqqət çəkdi - (Foto)

25 Oktyabr 2026 11:43

Müğənni Qumral həyat yoldaşı Natiqlə qatıldığı məclislərin birində görüntülənib.

Milli.Az xəbər verir ki, cütlüyün məclis zamanı birlikdə rəqs etdiyi anlar maraq doğurub. Bir-birinə sevgi və nəvazişlə toxunan Qumral və ərinin səmimi görüntüləri izləyicilərin diqqətini çəkib.

Məşhur cütlüyün rəqsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər onların münasibətinə diqqət çəkərək bu görüntüləri sevgi dolu anlar kimi dəyərləndiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)