Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

23 Oktyabr 2026 15:45

Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Milli.Az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

"Vnukovo, Domodedovo, Jukovski (Ramenskoye) və Şeremetyevo hava limanlarında hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə məlumatda bildirilib.

Rosaviasiyada vurğulayıblar ki, bu tədbirlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)