“Qalatasaray”da derbi öncəsi ciddi itki

23 Oktyabr 2026 14:23

"Qalatasaray"ın aparıcı futbolçularından Barış Alper Yılmazın "Fənərbağça" ilə qarşılaşmada oynayıb-oynamayacağı hələ bəlli deyil.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumçu "Lill"lə Çempionlar Liqası matçına ayağındakı ağrılarla çıxıb. "Qalatasaray"ın 4:2 hesabı ilə uduzduğu görüşdən sonra futbolçunun vəziyyətinin pisləşdiyi bildirilir.

Komanda həkimlərinin müayinəsindən sonra Yılmazın derbiyə hazır olub-olmadığına qərar veriləcək. Onun mümkün yoxluğu qarşıdakı vacib oyun öncəsi İstanbul təmsilçisi üçün arzuolunmaz hal ola bilər.

Xatırladaq ki, "Qalatasaray" oktyabrın 26-da "Fənərbağça" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)