Arsen Venger Bakıya gəldi – İnfantino və Kollina da yolda...

23 Oktyabr 2026 13:42

FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri Arsen Venger Azərbaycana səfər edib.

Milli.Az-ın məlumatına görə, onun Bakıya gəlişi U-15 yığma komandalarının dünya çempionatı və Festivalının təşkili ilə bağlıdır. Yarışın sabah start götürəcəyi bildirilir.

FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın və qurumun prezidenti Canni İnfantinonun da paytaxta gələcəyi gözlənilir.

Bundan başqa, adları hələlik açıqlanmayan bir neçə tanınmış dünya futbol ulduzu da Bakıya səfər edəcək. Onların oktyabrın 30-da keçiriləcək dünya çempionatının həlledici qarşılaşmasında iştirak edəcəkləri bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)