Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, məkanlardan birində səhnə alan ifaçının şəxsi həyatı ilə bağlı etirafı müzakirələr yaradıb:
"Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eşq acısı çəkdim. 7 ay elə idim. Dostlarım deyir ki, bütün günü evdə yeyib-içirdin, necə eşq acısı yaşadın? Dedim, elə odur da. Olsaydı, restorana aparardı. Olmadığına görə evdə yeyib-içirəm. Axırım 60 kiloqram olmuşdu. Deməli, mən eşqsizlikdən kökəlirəm. Solmaz dolma bişirir, yeyirsən. Adamın həyatında kimsə olanda özünü qoruyursan, restorana aparır, pendirdən-zaddan yeyirsən. Guya, alicənabsan. Evə gələn kimi iki yumurta yeyirəm. Yəqin ki, o da eşitdi, bildi indi bunları".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)